Dünya

Məhkəmə Zulu şahzadəsinin tac qoymasına icazə verdi

5 Mart 2022 19:30
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrikada məhkəmə Zulu taxtının varisi şahzadə Misuzulu Zulunun tac qoymasına icazə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahzadə Misuzulu Zulu 1968-ci ildən qəbiləni idarə edən İnkosi Qudvil Zvelitini və onun böyük həyat yoldaşı Mantfombi Dlamininin oğludur.

Zvelitini 2021-ci ilin martında vəfat edib. Lakin taxt-tacın varisə keçməsi mərhumun digər həyat yoldaşı və qızları - şahzadələr Ntandoyenkosi Hulu və Ntombisozutu Zulu-Dumanın intriqaları səbəbindən dayandırılıb. Onlar vəsiyyətnamədəki imzanı saxta adlandıraraq tacqoymanın ləğv edilməsini tələb ediblər.

Hakim hesab edib ki, tacqoymadan imtina üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, şahzadələr vəsiyyətnamənin həqiqiliyinə şübhə etsələr də, kral ailəsinin digər üzvləri növbəti Zulu kralı olaraq Misuzulu Zulunun seçməsilə mübahisə etmirlər.

Qeyd edək ki, Zvelitininin ən azı 28 övladı və altı arvadı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.