Dünya

Zelenski AES-in atəşə tutulmasını terror adlandırdı - VİDEO

4 Mart 2022 15:00
0 Şərh     Baxış: 1 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Zaporojye Atom Elektrik Stansiyasına hücumunu terrorizm adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.

"Rusiya qoşunları Zaporojye Atom Elektrik Stansiyasına hücum etdilər. Avropada ən nəhəng AES olan bu stansiya Çernobıl kimi ola bilərdi. Rusiya tankları nəyi atəşə tutduqlarını bilirdilər. Onlar birbaşa stansiya üzərinə atəş açıblar. Bu, görünməmiş səviyyədə olan terrordur", - deyə Zelenski söyləyib.

Xatırladaq ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub, nəticədə yanğın baş verib. Yanğın söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.