Dünya

Dünya tarixinin ilk sikkələri

4 Mart 2022 21:15
0 Şərh     Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəşəriyyət tarixinin ən mühüm ixtiralarından biri olan pul eramızdan əvvəl 7-ci əsrdə lidiyalılar tərəfindən icad edilib. 

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Anadolunun qərbində qurulan Lidiya mədəniyyəti Asiya ilə Avropa arasında ticarət mərkəzi idi. 

O vaxta qədər ticarət mübadilə yolu ilə aparılırdı, lakin Lidiya padşahının əmri ilə sikkələr zərb edilməyə başlandı. 

Tarixdə zərb edilən ilk sikkələr gümüş və qızılın qarışığı olub.

Anadoludan çıxan pul qısa müddətdə əvvəlcə Aralıq dənizi sivilizasiyalarına, sonra isə bütün dünyaya yayıldı. 

Anadoluda qurulan sivilizasiyaların padşahları üzərində öz şəkilləri olan sikkələr zərb etdilər. Pulların zərb edilməsi dövlətlərin güc və suverenliyinin simvolu hesab olunurdu. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.