ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukrayna hökumətini dəstəkləmək üçün 32,5 milyard dollar məbləğində yardımı təsdiqləməyi xahiş edib.
Milli.Az xəbər verir ki, bunu "The Washington Post" iki mənbəyə istinadən yazıb.
Məlumata görə, ABŞ rəhbərliyi Ukraynaya 32,5 milyard dollarlıq yardımı humanitar böhranı həll etmək, müdafiə potensialını gücləndirmək, enerji şəbəkəsini müdafiə məqsədi ilə göndərməyi planlaşdırır.
Milli.Az