Dünya

Rəsmi Berlinin tarixi günahı və neonasistlərlə bağlı mövqeyi Lavrovu şok edib

2 Mart 2022 21:15
0 Şərh     Baxış: 1 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rəsmi Berlinin Ukraynaya silah tədarükü ilə bağlı şərhləri təəcüb doğurur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Avropalıların, xüsusən də alman siyasətçilərin şərhlərinə heyrətlə qulaq asıram. Həmkarım Annalena Berbok bildirib ki, Almaniyanın dərk etdiyi tarixi məsuliyyəti nəzərə alaraq, onun ölkəsi Ukraynanı sadəcə olaraq silahla təchiz etməyə borcludur. Bunu necə başa düşmək olar? Nə, tarixi günah və bu günahın dərk edilməsi Almaniyadan neonasistləri dəstəkləməyi tələb edir. Bu, bir az qəribə assosiasiyalar yaradır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bu gün Aİ və Ukrayna əvvəlkindən daha yaxındır. Bu, nəyə eyhamdır? Yəqin ki, bu bir siqnaldır ki, nə qədər ki, rusofobsan, nə qədər ki, faşistsən, nə qədər ki, neonasistsən, sənə hər şeyə icazə verilir", - deyə Lavrov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.