Dünya

"Netflix" Rusiya ilə bağlı qərarını verdi

2 Mart 2022 20:36
0 Şərh     Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur "Netflix" platforması rus seriallarının istehsalını dayandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl rus istehsalçılarına sifariş verilən layihələrlə bağlı işlərin dayandırıldığı bildirilib.

Xatrıladaq ki, Rusiyadakı kinorejissorlardan dörd layihə sifariş edilib: aktrisa Svetlana Xodçenkovanın rol alacağı Anna Karenina haqqında film, aktyor Aleksandr Petrovun iştirakı ilə dram və daha iki tamhüquqlu serial.

Qeyd edək ki, rusiyalı "Netflix" istifadəçiləri bir müddətdir abunə haqqını ödəyərkən problemlə üzləşir. Buna səbəb son bir neçə gündə Qərb ölkələrinin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalardır.

Bundan başqa "Netflix"in Rusiya ilə bağlı qərar verməsi etirazla qarşılanmışdı. Bundan sonra platforma 20 Rusiya telekanalını yayımlamaqdan imtina etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.