Dünya

Həbsdən çıxan rusiyalı repçidən Ukraynaya dəstək: Möhkəm olun

2 Mart 2022 17:42
0 Şərh     Baxış: 1 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kizaru" ləqəbi ilə məşhurlaşan rusiyalı repçi Oleq Neçiporenko həbs olunubmuş. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə repçi İnstaqram səhifəsində məlumat verib. Dörd ay həbsdə olduğunu bildirən sənətçi Rusiyanın hərbi əməliyyatlarına məruz qalan Ukraynaya dəstək olub:

"Çoxunuz sual verirdiniz ki, "Kizaru" haradadır. Noyabrın 14-də İnterpol məni Almaniyada saxladı və 4 ay müddətində azadlıqdan məhrum etdi. Yeni ili də həbsxanada qarşılamışam. Özümə gəlim, tezliklə əlaqə saxlayacam. Ukraynadakı bacı-qardaşlar, möhkəm olun".

Qeyd edək ki, daha əvvəl "Kizaru"nun adı İnterpolun axtarışda olan cinayətkarları siyahısında idi. O, 2014-cü ildə narkotik ticarətində günahlandırıldığı üçün Barselonaya köçmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.