Dünya

Ukrayna Rusiyanın itkilərini açıqladı - 5300 ölü, 200 tank...

28 Fevral 2022 11:46
2 Şərh     Baxış: 2 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da paylaşım edib.

Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.

Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.