Dünya

Ukrayna hərbçilərinin maaşı 5650 manata qaldırıldı

28 Fevral 2022 11:40
1 Şərh     Baxış: 1 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hərbçilərinin aylıq əmək haqları 100 min qrivna (5650 AZN) olacaq.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

"Biz anlamalıyıq ki, bu gün ən önəmli iş hərbçi olmaq, vətəni qorumaqdır. Ona görə, mən istəyirəm ki, dövlət bu işə görə layiqincə ödəniş etsin. Biz, əlində silah tutan hərbçilərimizə ayda 100 min qrivna ödəyəcəyik. Bunu onların bizə "sağ ol" deməsi üçün etmirik. Qoy bilsinlər ki, ölkə onlara minnətdardır. Bu, müharibə bitənə qədər davam edəcək", - Zelenski vurğulayıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.