Dünya

Son 6 gündə azı 660 min insan Ukraynanı tərk edib

1 Mart 2022 21:22
0 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son altı gündə Ukraynadan qonşu ölkələrə 660 mindən çox qaçqın gedib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) rəsmi nümayəndəsi Şabia Mantu bildirib.

Onun sözlərinə görə, Ukraynada 470 mindən çox başqa ölkə vətəndaşı var və onların çoxu ölkəni tərk edə bilmir.

Qaçqınların sayındakı artım davam edərsə, bu əsrdə Avropada ən böyük qaçqın böhranı yaşanacaq.

Təşkilatın nümayəndəsi əmin edib ki, BMT QAK öz resurslarını mümkün qədər tez və səmərəli səfərbər edir.

Mantou son bir neçə gün ərzində sərhədləri qaçqınlar üçün açıq qoyan Ukraynanın qonşularının mövqeyini yüksək qiymətləndirib.

Qaçqınların əksəriyyəti Polşa, Macarıstan, Moldova, Rumıniya, Slovakiyaya, qalanları isə digər Avropa ölkələrinə gedir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.