Rusiyanın Xalq artisti Andrey Makareviç Rusiyanın Ukraynaya hücumu ilə bağlı mövqeyini bildirib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Makareviç bu barədə sosial şəbəkədə paylaşım edib.
"Putinin xəyalı Ukraynanı parçalamaq idi, amma birləşdirdi", - o qeyd edib.
Xalq artistinin paylaşımı qısa vaxt ərzində 20 minə yaxın bəyənmə toplayıb. Şərh yazan izləyicilər Makareviçə təşəkkür edib.
Milli.Az