Dünya

27 ölkə Ukraynaya silah verəcək

26 Fevral 2022 19:16
0 Şərh     Baxış: 3 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi yardım donorları konfransını diqqətlə izləyən Sky News telekanalı bildirir ki, 27 ölkə, o cümlədən NATO-ya üzv olmayan ölkələr, Ukraynaya hərbi yardım göstərməyə razılıq verib.

Konfransda 25 ölkə və NATO nümayəndələri iştirak edib və hərbi yardım göndərmək məsələsini müzakirə edərək razılığa gəliblər. Daha iki ölkə ayrıca özünün hərbi yardım göstərdiyini bildirib.

Ukraynaya konkret olaraq nə çatdırılacağı məlum deyil, lakin yardımın döyüş sursatı, tanklara və zenit raketlərinə qarşı silahların və dərman vasitələrinin göndəriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.