Dünya

ABŞ-dan Ukrayna kömək üçün fantastik yardım - Konqres 6,4 milyard dollar ayıracaq

26 Fevral 2022 14:34
Baxış: 2 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Ev Konqresdən Ukraynaya, digər ölkələrə və Pentaqona kömək üçün 6,4 milyard dollar istəyib.

Milli.Az xəbər verir ki, bu barədə TASS Bloomberg agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu məbləğin 2,9 milyardını ABŞ administrasiyası Kiyevə humanitar yardım və təhlükəsizlik sahəsində yardıma yönəldəcək. Həmçinin, vəsait Baltikyanı ölkələrin, Polşanın və digərlərinin hakimiyyət orqanlarına köçürüləcək, məqsəd də iqtisadi vəziyyəti sabitləşdirmək və ərzaq almaqdır.

O da qeyd edilir ki, Ukrayna hadisələri ilə bağlı Pentaqona daha 3,5 milyard dolların ayrılması planlaşdırılır. Ağ Evin tələbinin Demokratlar və Respublikaçılardan dəstək qazanacağı gözlənilir.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.