Dünya

Xarkova artilleriya zərbələri endirilməyə başlanıb

25 Fevral 2022 14:34
1 Şərh     Baxış: 2 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndi Rusiya ordusu Xarkov şəhərinə artilleriya zərbələri endirməyə başladı. Biz Azərbaycanın Xarkovdakı konsulluğunun zirzəmisinə, sığınacağa endik".

Bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S. Adgözəlli deyib ki, Rusiya Ordusu Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən Ukrayna Qvardiyasının hərbi hissəsinə artilleriya zərbələri endirir: "Biz konsulluqda Xarkovdakı tələbələrin evakuasiyası ilə bağlı məsləhətləşmə aparırdıq. Ancaq şəhərə artilleriya zərbələri tutulmağa başladığı üçün sığınacağa endik. Hələ ki, sığınacaqda artilleriya zərbələrinin dayanmasını gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.