Dünya

Rus əsgəri ölməyincə Rusiya dayanmayacaq - CNN

23 Fevral 2022 16:12
0 Şərh     Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb açıq şəkildə Putinə xəbərdarlıq edir ki, müharibə ona baha başa gələcək. Lakin sanksiyalar Rusiyanı cilovlamaq üçün kifayət deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-də yayımlanan məqalədə deyilir.

"Putini Ukraynaya hücum etməkdən çəkindirəcək yeganə real vasitə nədir? Rusiya prezidenti öz əsgərlərinin ukraynalı hərbçilər tərəfindən öldürüləcəyinə inanmır və bu səbəbdən sabah, yaxud birisigün müharibə başlaya bilər. ABŞ Prezidenti Co Bayden və bir çox avropalı lider müharibənin Putinə baha başa gələcəyi barədə xəbərdarlıqlar edirlər. Diplomatik təcridetmə, maliyyə sanksiyalaı nəzərdən keçirilir, lakin çətin ki, bunlar Rusiyanı dayandırsın. Rusiya hərbçilərinin döyüş meydanında ölməsi Putini Ukraynaya hücumdan çəkindirəcək yeganə vasitədir", - deyə bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.