Dünya

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

23 Fevral 2022 19:54
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı "Visit Greece" tərəfindən hazırlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Uikenddən daha yaxşı nə ola bilər? Ancaq Yunanıstanda uikend və ya bizlərin təklif etdiyi kimi "greekend", - deyən şən aparıcı ölkənin ən yaxşı kurortlarını nümayiş edir, dəniz, qastronomik ləzzətlər, şoppinq və əyləncədən bəhs edir.

Lakin "greekend" neologizmi tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları bunu "Yunanıstanın sonu" ("Greek end") kimi şərh edib.

Bununla belə, kampaniyanı bəyənənlər də olub.

"Reklam nə qədər cəlbedici olsa, bir o qədər orada olmaq istəyirsən", - deyə rolik tərəfdarları vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.