Dünya

“Tik-Tok” fenomenin atası qızının fanatını öldürdü: Səbəb isə... - FOTO

19 Fevral 2022 13:00
0 Şərh     Baxış: 3 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15 yaşlı "Tik-Tok" fenomeninin başına gələnlər gündəm olub.

Milli.Az sfera.az-a istinadən bildirir ki, çəkdiyi videolarla məşhurlaşan Ava Macuri bir müddətdir heyranı ilə bağlı problem yaşayıb. Belə ki, hər şey yeniyetmənin 18 yaşlı sevəni Castin Erikin ona yazdığı mesajını cavablandırandan sonra başlayıb. Sözügedən şəxs Avadan uyğunsuz foto istəyib və nəticədə qız Eriki əngəlləyib. Eyni zamanda Macurinin atası da onunla əlaqə saxlayaraq mesajlara son qoymasını tələb edib.
Lakin gözlədiyi cavabları ala bilməyən Castin "Tik-Tok"erin evinə basqın edərək onun otağına girib. Əsəblərini idarə edə bilməyən oğlan Avaya atəş açıb. Qızının otağından gələn səsləri eşidən sabiq polis olan ata isə, Erikin yanına gəlib. Fenomenin heyranı atanı görən kimi qaçıb. Polislərə xəbər verilsə də, onlar gələnə kimi Castin yenidən geri dönüb. Ancaq bu dəfə qızın atası gənc oğlanı görən kimi silahı ilə öldürüb.

Hadisə ilə bağlı başladılan istintaqda təqaüdçü polis olan ataya cəza verilməyib. Məlum olub ki, ölən pərəstişkarının telefonunda Ava Macurinin yüzlərlə foto və videosu olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory