Dünya

Qlobal istiləşmənin müsbət tərəfləri: Yaz daha erkən gələcək

19 Fevral 2022 14:06
0 Şərh     Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı alimlər sübut ediblər ki, qlobal istiləşmə qışı qısalda bilər.

Onlar şimal ölkələrinin ağaclarında ilk yarpaqların daha tez görünməsini il ərzində yağışlı günlərin sayının azalması ilə əlaqələndiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, hər on ildən bir yaz bir-iki gün daha tez gələcək.

Əvvəllər alimlər yazın yalnız temperaturun artması səbəbindən daha tez gəldiyini düşünürdülərsə, indi məlum oldu ki, yağışlı günlərin sayının azalması da bu işə öz töhfəsini verir.

Alimlər iddia edirdilər ki, yağışlı günlərdə adətən səma buludlu olur. Buna görə də bitkilər daha az günəş işığı alır və yarpaq gec böyüyür. Belə günlərin azalması isə əks effekt verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.