Dünya

Bu gün Rusiyada Putinin rəhbərliyi ilə nüvə silahı təlimləri keçiriləcək

19 Fevral 2022 08:24
0 Şərh     Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, təlimlərə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin, Şimal və Qara dəniz donanmasının raket bölmələrinin qoşunları və texnikasının cəlb olunacağı gözlənilir.

Bildirilib ki, təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığı Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacaq.

Eyni zamanda Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.