Dünya

Daşkənddə ilk dəfə beynəlxalq investisiya forumu keçiriləcək

19 Fevral 2022 20:21
0 Şərh     Baxış: 705

Bu ilin 24-26 mart tarixilərində Özbəkistan paytaxtında 1-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi məlumat yayıb.

Tədbirin məqsədi strateji təşəbbüslərin müzakirəsi və reallaşdırılması, ölkənin investisiya imkanlarının beynəlxalq işgüzar dairələrə nümayiş etdirilməsi, həmçinin Özbəkistanda perspektivli layihələrin, təşəbbüslərin və proqramların həyata keçirilməsinə iri xarici şirkətlərin, investorların və tərəfdaşların cəlb edilməsidir.

Forumda Özbəkistan bazarı ilə inteqrasiyada maraqlı olan iri xarici investisiyaların, maliyyə-iqtisadi təşkilatların və şirkətlərin rəhbərlərinin iştirakı gözlənilir.

Forum çərçivəsində ölkədə biznesin inkişafı üçün yaradılmış şərait, nəqliyyat infrastrukturu, yaşıl enerji, maliyyə bazarı, həmçinin turizmə investisiya cəlb etmək üçün güzəşt və üstünlüklər, tikinti materiallarının, tekstil və dəri məmulatlarının istehsalı, kənd təsərrüfatı və s. müzakirə ediləcək.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics