Dünya

Təmas xəttində vəziyyət kəskinləşdi, Kreml dərhal Kiyevi günahkar elan etdi

17 Fevral 2022 21:08
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarından etibarən Ukraynanın şərqində, Donbassdakı təmas xəttində vəziyyət qəfil kəskinləşib. Əvvəlcə separatçı "resublikalar" Ukrayna ordusunun Donetsk və Luqanskın yaşayış məntəqələrini artilleriyadan, minomyotlardan və iriçaplı pulemyotlardan atəşə tutduqlarını bildiriblər. Bunun ardınca Kreml vəziyyətin kəskinləşdiyini bildirib və dərhal Kiyevi günahkar elan edib.

"Donbassda vəziyyət hazırda gərginləşir. Kiyevin təmas xəttində təxribatçı hərəkətləri son sutka ərzində güclənib. Qərb ölkələrinin nümayəndələri Ukrayna ordusunun təmas xəttindəki nəhəng potensialı barədə danışmırlar. Son bir sutkadakı təxribatları da əlavə etsək bu, olduqca və olduqca təhlükəli situasiyadır",-prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ukrayna isə öz növbəsində separatçıların atəşkəs rejimini pozaraq artilleriyanı işə saldıqlarını bildirir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamaq üçün məhz Donbassda vəziyyətin kəskinləşməsinin bəhanə kimi istifadə olunacağını dəfələrlə ABŞ kəşfiyyatı və Pentaqon, habelə Ağ ev və Dövlət Departamenti açıqlamışdı.

Təmas xəttində vəziyyətin kəskinləşməsini ATƏT müşahidəçiləri də təsdiq edib. "Reuters" diplomatik mənbəyə istinadən bildirir ki, "hər iki tərəfdən çoxsaylı atəş açma halları" barədə ATƏT-ə məlumatlar daxil olur.

Ukrayna prezidenti Volodimir Zelenski isə sürətli katerlə Azov dənizindən Donbassdakı hərbi əməliyyatlar zonasına yola düşdüyünü bildirib. O, özünün İnstagram səhifəsində katerdə çəkilmiş videonu yerləşdirib.

Rusiya Federasiya Şurasının üzvü Sergey Tsekov xəbərdarlıq edib ki, Donbassa irimiqyaslı hücum Ukrayna üçün "intihar olacaq", çünki Rusiya "xalq respublikalarına" və oradakı vətəndaşlarına hərbi dəstək verməyə məcbur olacaq. "Donbass probleminin güc yolu ilə həlli mümkün deyil, buna cəhd etsə Ukrayna çox sərt cavab alacaq və bütün bunların nəticəsində öz ərazisinin xeyli hissəsini itirə bilər",-senator qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.