Dünya

Lavrovla Çavuşoğlunun telefon danışığı oldu

16 Fevral 2022 23:55
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Lavrov Türkiyəni Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə konstruktiv və məsuliyyətli cavabın hazırlanmasına töhfə verməyə çağırıb.

"Beynəlxalq gündəliyin əsas mövzuları müzakirə edilib. Lavrov Avropada təhlükəsizliyin uzunmüddətli hüquqi təminatlarının təmin edilməsi üçün Rusiya Federasiyasının təşəbbüslərinin təşviqi istiqamətində aparılan işlər barədə məlumat verib. Nazir Türkiyəni birliyin inkişafına töhfə, Rusiyanın təkliflərinə konstruktiv və məsuliyyətli cavab verməyə çağırıb", - deyə Rusiya XİN-in məlumatında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.