Dünya

Azərbaycan vətəndaşları son 10 ildə Ermənistanda 6 mülk alıb

15 Fevral 2022 14:14
2 Şərh     Baxış: 2 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Kadastr Komitəsindən bildirilib.

2010-2021-ci illərdə 71 Türkiyə və 6 Azərbaycan vətəndaşının əmlaka sahib olmaqla bağlı qeydiyyatı rəsmiləşdirilib.

Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012-ci ildə Ermənistanda 2, 2018 və 2019-cu illərdə isə 1 mənzil alıb. 2012-ci ildə mənzillərdən biri Azərbaycan vətəndaşına pay kimi verilib, daha bir ictimai əhəmiyyətli obyekt də bu ölkənin vətəndaşına satılıb.

Vurğulanıb ki, qeyd olunan dövrdə Türkiyə, yaxud Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda əmlak sahibi olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.