Dünya

Abramoviç Ukraynaya görə bir günə 778 milyon avro itirib

15 Fevral 2022 17:36
0 Şərh     Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviç Ukraynadakı vəziyyət üzündən bir günə 778 milyon avro itirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Evraz" poladəritmə qrupunun səhmləri London fond birjasında 29 faiz enib. Səhmdarlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan ehtiyatlanıblar.

Abramoviç "Çelsi"ni 2003-cü ildə satın alıb. Ötən müddətdə "zadəganlar" 4 dəfə İngiltərə çempionu, hərəyə 2 dəfə Çempionlar Liqası və Avropa Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə Liqa Kubokunun və 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub.

Daha əvvəl bir sıra ölkələrin öz vətəndaşlarına təhlükəsizliklə əlaqədar Ukraynanı təcili tərk etməyi düşündüklərinə dair xəbərlər yayılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.