Dünya

Ankara Kiyevi buna təşviq edərsə... - Rus səfir

14 Fevral 2022 14:20
0 Şərh     Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəlki öhdəliklərini yerinə yetirməyə təşviq edə bilsələr, biz bunu yalnız alqışlayarıq. Bütövlükdə, biz türk tərəfdaşlarımızın vəziyyətin gərginliyini azaltmaq üçün səy göstərmək istəyini yüksək qiymətləndiririk.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.

"Əslində problemin mahiyyəti, məğzi Moskva ilə Kiyev arasında deyil, Moskva ilə Vaşinqton, eləcə də Moskva ilə Brüssel, yəni NATO arasındadır. Konkret olaraq, söhbət Şimali Atlantika Alyansının şərqə - yəni Rusiya sərhədlərinə daha da yaxınlaşaraq, uzunmüddətli maneəsiz irəliləyişindən gedir. Burada başa düşmək lazımdır: ilk növbədə bu hərbi blokun infrastrukturundan, o cümlədən Rusiyanın milli təhlükəsizliyinə birbaşa və bilavasitə potensial təhlükə yaradan ən müasir zərbə silahlarından danışırıq", - Yerxov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.