Dünya

MDB XİN rəhbərləri Nur-Sultanda toplanacaq

10 Fevral 2022 22:08
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MDB Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) növbəti iclası 2022-ci il oktyabrın 13-də Nur-Sultanda təşkil olunacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Rusiya XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mixail Yevdokimov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan bu il Şuranın sədri olduğundan 2022-ci ildə MDB-nin xətti ilə bəzi tədbirlər Nur-Sultan şəhərində keçiriləcək.

"Hər şeydən əvvəl söhbət hökumət başçılarının may ayında keçiriləcək görüşündən, həmçinin Birliyin oktyabrın 14-də elə orada keçirilməsi nəzərdə tutulan sammitindən gedir. Ənənəyə görə həmin ərəfədə (oktyabrın 13-də) Xarici İşlər Nazirləri Şurasının iclası təşkil olunacaq", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.