Dünya

Bu 3 səbəb Kremlin hücum ehtimalını artırır

9 Fevral 2022 10:56
0 Şərh     Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moksvanın hərbi birliklərini sərhədə toplaması fonunda regional gərginliyin artması Rusiyanın Ukraynaya müdaxilə riskini də yüksəldir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq xəbərdarlıq zamanının azaldığını, hücum riskinin isə artdığını vurğulayıb:

"Biz həm də Rusiyadan çox güclü təhdid ritorikası müşahidə edirik, onlar güzəşt etməyimizi tələb edirlər, əks halda hərbi-texniki nəticələri olacağını bildirirlər. Əlbəttə, Rusiyanın Ukraynaya daha əvvəl müdaxiləsi təcrübəsi də var".

Stoltenberq qeyd edib ki, qoşunların sərhədə cəmlənməsi, hədələyici ritorika və Rusiyanın etdiklərini birgə götürəndə, real təhlükə görünür:

"Ancaq biz siyasi həll yolu üzərində işləməyə davam edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.