Dünya

Ermənistanda dustaq mühafizəçini öldürməyə cəhd edib

7 Fevral 2022 17:30
1 Şərh     Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Armavir şəhərində yerləşən həbsxanada dustaqların biri mühafizəçiyə hücum edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həbsxananın karantin korpusunda olan dustaq mühafizəçidən telefonla danışmaq üçün kameradan çıxmaq istədiyini deyib. O, kameradan çıxandan sonra kameradan götürdüyü metal parçası ilə, habelə yumruqları ilə mühafizəçinin baş nahiyəsindən zərbələr endirib, sonra da onu boğmağa başlayıb. Lakin dustaq ondan asılı olmayan səbəbdən mühafizəçini öldürə bilməyib.

Hadisəyə dair cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.