Dünya

Dünyanın ən güclü pasportları

2 Fevral 2022 22:10
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən güclü pasportlarının reytinqi yenilənib. Asiya ölkələri arasında Yaponiya və Sinqapur birinci pillədəki yerlərini qoruyublar. 

Milli.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, hazırlanan "The Henley Passport Index"ə görə, 2021-ci ilə nisbətən vizasız ölkələrin sayı dəyişməyib.

Yaponiya və Sinqapur vətəndaşları ötən il olduğu kimi, 192 ölkəyə vizasız və ya giriş zamanı verilmiş viza ilə səyahət edə bilərlər.

Cənubi Koreya və Almaniya ikinci (190 ölkə), üçüncü yerdə isə İtaliya, Finlandiya, İspaniya və Lüksemburq (189 ölkə) qərarlaşıb. 

Reytinqin sonuncu - 111-ci pilləsində Əfqanıstan qərarlaşıb. 2010-cu ildən bu yana sonuncu ölkənin vətəndaşları yalnız 26 ölkəyə vizasız qəbul edilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.