Minsk razılaşmasının icra edilməsi mümkünsüzdür və ölkənin məhvinə gətirib çıxaracaq.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
"Minsk razılaşmasının icrası ölkənin məhvi deməkdir. Razılaşma rus silahının altında imzalanıb. Almaniya və Fransa isə bunu müşahidə ediblər. O zaman sağlam düşüncəli insanlara bəlli idi ki, bu sənədi icra etmək mümkünsüzdür", - deyə Danilov bildirib.
O qeyd edib ki, Qərb Ukraynanı bu sənədin reallaşmasına məcbur etməməlidir.
Milli.Az