Dünya

Təyyarənin təkərində qaçan adam Amsterdam hava limanında sağ tapıldı

24 Yanvar 2022 21:20
0 Şərh     Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrikanın Yoxanesburq şəhərindən qalxan və Hollandiyanın paytaxtı Amsterdamın "Schiphol" hava limanına enən təyyarənin təkər hissəsində qaçan bir nəfər sağ tapılıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, BBC yazır ki, qaçan şəxs yük təyyarəsinin qabaq təkər hissəsində aşkarlanıb və vəziyyəti stabil olaraq xəstəxanaya yerləşdirilib. Hollandiya polisi bildirir ki, kişinin yaşı və milliyyəti hələ müəyyən edilməyib.

Məlumatlara görə, bazar günü Yoxanesburqdan "Schiphol"a uçan "Cargolux" yük reysi yalnız Keniyanın paytaxtı Nayrobidə dayanıb. Həmin şəxsin təyyarəyə Cənubi Afrikada, yoxsa Keniyada mindiyi məlum deyil.

Qeyd edək ki, Yoxanesburq şəhərindən Amsterdama uçuşlar təxminən 11 saat çəkir. Yüksək hündürlükdə havanın soyuqluğu və aşağı oksigen səbəbindən uzun məsafəyə uçuşlarda qaçanların sağ qalması qeyri-adi haldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.