Dünya

Məhbuslara qarşı zorakılıq: onları 5 ildən 10-ilədək HƏBS GÖZLƏYİR

24 Yanvar 2022 09:50
0 Şərh     Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyanın şimal-şərqində Yicin şəhəri yaxınlığında yerləşən Vadliçe həbsxanasının 8 mühafizəçisi məhbuslara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Çex" televiziyası məlumat yayıb.

Bildirilib ki, ötən ilin oktyabrında başlanmış cinayət işi üzrə istintaqı Hüquq-Mühafizə Orqanlarının Baş Müfəttişliyi aparır. 

Müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən ikisi kameralarda şəxsi əşyalarına baxış zamanı məhbuslara qarşı fiziki zorakılığa yol veriblər. Altı məhbus isə bu hərəkətlərin qarşısını ala biləcək heç bir müdaxilə etməyib. 

Nəzarətşilərin günahı sübuta yetirilərsə, onları 5 ildən 10 ilə qədər həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.