Dünya

Alman admiralın adı qara siyahıya salındı

23 Yanvar 2022 17:07
0 Şərh     Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Akxim Şönbax Ukraynanın "Mirotvorets" saytının siyahısına salınıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Şönbaxın Ukrayna əleyhinə çıxışları olub.

Şönbax Krımın heç vaxt Ukraynanın tərkibinə daxil olmayacağı və ölkənin NATO-nun üzvlük meyarlarına cavab verə bilməyəcəyi barədə açıqlama verib.

Qeyd edək ki, "Mirotvorets" saytına ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.