Dünya

Krasnodar hava limanı qara görə bağlanıb

23 Yanvar 2022 11:07
0 Şərh     Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krasnodar hava limanı bu gecə bağlanıb, 16 reys ləğv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə hava limanının mətbuat xidməti xəbər verir.

Məlumata görə, şənbə günü Krasnodar hava limanı güclü qar yağması səbəbindən müvəqqəti işini dayandırıb. Bazar günü də qar yağışı davam etdiyinə görə, hava limanı yenidən işini məhdudlaşdırmaq məcburiyyətində qalıb.

Aeroportdan bildirilib ki, güclü qar gecə yarısından etibarən güclənib və bu günə kimi davam edir:

"Krasnodar Hava Limanı təhlükəsiz uçuş üçün yanvarın 23-də səhər saat 5-ə qədər, daha sonra isə saat 10.30-a qədər uçuşları dayandırıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.