Dünya

Bu ölkədə ölüm hökmü ləğv edilib

21 Yanvar 2022 14:00
0 Şərh     Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Post Courier" nəşri məlumat yayıb.

Bildirilib ki, bu ölkədə ölüm hökmünə məhkum edilənlərin hamısının cəzası amnistiya hüquq olmadan 30 il müddətinə ömürlük həbs cəzası ilə əvəz olunub.

Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə tətbiq olunurdu.

Nəşrin məlumatına görə, ölkədə ölüm hökmünə məhkum olunmuş 14 cinayətkar var, onlardan ikisi axtarışdadır.

Ölkədə edam hökmü asılma üsulu ilə həyata keçirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.