Dünya

Bu ölkədə ictimai yerlərə parçadan tikilmiş maska ilə getmək qadağan edilir

20 Yanvar 2022 15:18
0 Şərh     Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 25-dən etibarən Latviyada ictimai yerlərə parçadan tikilmiş maska ilə getmək qadağan ediləcək, yalnız tibbi maska və ya FFP2 respiratorlarından istifadəyə icazə veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 18-də hökumət COVID-19 infeksiyasının yayılmasının məhdudlaşdırılması məqsədilə epidemioloji təhlükəsizlik tədbirləri qaydalarına müvafiq düzəlişləri qəbul edib.

Bildirilib ki, bu tələb 7-12 yaşlı uşaqlara şamil edilmir: onlar təhsil müəssisələrində və ictimai nəqliyyatda parça maskalardan əvvəlkitək istifadə edə biləcəklər.

Latviyanın Səhiyyə Nazirliyi qeyd edir ki, tibbi maskaların effektivliyi digər materiallardan hazırlanan maskalardan daha yüksəkdir. Onların effektivliyi 90 faizə çatır. Parça maskalar tənəffüs zamanı kiçik hissəcikləri, o cümlədən virusları kifayət qədər saxlamır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.