Dünya

Aralarında biri koronavirusa yoluxduğu üçün bütün işçilər ofisin içində qapadıldı

19 Yanvar 2022 12:30
0 Şərh     Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pekində (Çin) ofis binasının qapısı işçilərlə birlikdə möhürlənib. Səbəb isə binada işləyən qadınlardan birində koronavirusun "Omikron" ştammı aşkarlanmasıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Covid xidməti kilidlənmiş heyət üçün yataq dəsti gətirib. Binanın xaricində isə "Omikron"u müəyyən etmək üçün koronavirus testlərinin aparılması üçün çadırlar qurulub. İşçilər üçün karantin bir neçə gün davam edə bilər.

Məlumata görə, ciddi tədbirlərə səbəb qarşıdan gələn Qış Olimpiya Oyunlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.