Dünya

ABŞ 4 min illik qədim artefaktları İraqa qaytarır

19 Yanvar 2022 11:24
0 Şərh     Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ İraqdan qeyri-qanuni yolu ilə çıxarılmış iki qiymətli əsəri İraqa təhvil verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf çıxış edib.

O qeyd edib ki, yanvarın 20-də yaşı 4 000 ildən çox olan iki artefakt İraq Respublikasının Los-Ancelesdəki Baş Konsulluğuna təhvil veriləcək.

Əs-Səhhaf qeyd edib ki, birinci artefakt qədim Şumer şəhəri Ura aid mixi yazı (mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar.red) lövhəsidir, ikincisi isə Qədim Babil dövrünə aid mixi yazının fraqmentidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.