Dünya

Almatıda saxlanılanların sayı 2,7 min nəfəri ötüb

18 Yanvar 2022 07:05
0 Şərh     Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda antiterror əməliyyatı başlayandan bəri qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 748 nəfəri saxlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər komendaturasının mətbuat xidmətindən bildiriblər.

"Ümumilikdə antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak edən 2748 nəfər saxlanılıb. Ümumilikdə 131 odlu silah və 4179 döyüş sursatı müsadirə edilib", - deyə mətbuat xidmətindən qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.