Dünya

Abu-Dabidə neftlə dolu üç tanker partladıldı - ölənlər var

17 Yanvar 2022 15:28
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu- Dabi şəhərində 3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki,  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə neftlə dolu üç tanker partladılıb. 

Hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb.

İlkin məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.

Yəməndəki husi qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.