Dünya

Almatıda qanunsuz aksiyaların 2 mindən çox iştirakçısı saxlanılıb

14 Yanvar 2022 08:57
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda iştiraka, talançılıq və digər cinayətlərə görə 2 mindən çox insan saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almatı komendaturasının məlumat mərkəzindən bildiriblər.

"Ümumilikdə 2 159 nəfər qanunsuz aksiyalarda iştiraka, talançılığa və digər cinayətlərə görə saxlanılıb. 67 ədəd odlu silah və 3 112 döyüş sursatı götürülüb", - deyə məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.