Dünya

Qazaxıstanda karantin şərtləri yenidən sərtləşə bilər

12 Yanvar 2022 21:39
0 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda koronavirusun qarşısının alınması üçün əlavə tədbirlər tətbiq oluna bilər.

Bu ölkədə sutka ərzində koronavirus infeksiyasına (COVID-19) 4810 nəfərdə yeni yoluxma faktı aşkarlanıb. Səhiyyə Nazirliyindən bildirilib ki, bu, ötən günlə müqayisədə 2594 nəfər çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə Qazaxıstanda COVID-19-a 1 004 464 yoluxma halı təsdiqlənib.

Qazaxıstan səhiyyə naziri Ajar Qiniyat ölkədə karantin rejiminin gücləndirilməsinin mümkünlüyünü bildirib.

Artıq Nur-Sultan, Almatı, Çımkənt, Atyrau vilayəti koronavirusun yayılma riskinin yüksək olduğu "qırmızı" zona elan olunublar.

Nazirlik koronavirusla bağlı epidemioloji vəziyyətin kəskin pisləşdiyini nəzərə alaraq, idarələrarası komissiyanın növbəti iclasında yayılma riskinin yüksək olduğu rayonlarda infeksiyanın ötürülməsi riskinin azaldılmasına yönəlmiş əlavə profilaktik tədbirlər görüləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.