Dünya

CAR-da daşqınlar: 10 ölü, yüzlərlə evsiz

11 Yanvar 2022 08:38
0 Şərh     Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrika Respublikasının (CAR) şərq sahillərində yerləşən Şərqi London şəhəri ətrafında daşqınlar həftə sonundan bəri azı 10 nəfərin ölümünə və yüzlərlə insanın evsiz qalmasına səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin kənarında yüzlərlə ev su altında qalıb.

Mütəxəssislər, təxminən yarım milyon əhalisi olan şəhərin yerləşdiyi ölkənin şərq sahillərində daşqınların və quraqlığın səbəbinin iqlim dəyişikliyi olduğunu təxmin edirlər.

2019-cu ildə CAR Ətraf Mühit Departamenti iqlim dəyişikliyinə uyğunlaşma planı hazırlayıb. Plana təbii fəlakətlərə daha tez reaksiya vermək hazırlığını gücləndirmək, fəlakət qurbanlarına kömək tədbirləri üzrə fəaliyyət daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.