Dünya

Rus desantların dərhal Qazaxıstana girməsi... - Korotçenko

10 Yanvar 2022 12:18
0 Şərh     Baxış: 1 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda KTMT-nin sülhməramlı qüvvələrinin olması sayəsində qeyri-qanuni silahlı qruplaşmalara qarşı mübarizənin gedişatını dəyişmək mümkün olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Hazırda Qazaxıstan vəziyyəti dəyişə bilib. Bu, regionda KTMT sülhməramlılarının mövcudluğunun hərbi-siyasi amili ilə bağlıdır", - Korotçenko bildirib.

Ekspert qeyd edib ki, KTMT-nin hərbi mövcudluğunun əsas qayəsi vəziyyəti sabitləşdirməkdir:

"Bu cür hərbi dəstəyin sayəsində Qazaxıstan təhlükəsizlik qüvvələri inamlı və dəqiq hərəkət edir, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, iğtişaşların və silahlı toqquşmaların nəticələrinin aradan qaldırılması vəzifələrini həll edir. KTMT-nin sülhməramlı kontingentinin yeridilməsi ilə bağlı qərar fors-major şəraitdə qəbul edilməli idi. Bununla belə, Hərbi Hava Desant Qüvvələrinə əsaslanan kontingentin çatdırılması və yerləşdirilməsi vaxtı göstərir ki, Rusiya Silahlı Qüvvələri əla formadadır, tez və çevik, o cümlədən gözlənilməz giriş hərəkətlərinə qadirdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.