Dünya

Çin alimləri Ayda su tapdılar

8 Yanvar 2022 22:03
0 Şərh     Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin alimləri 2020-ci ilin dekabrında "Chane-5" aparatı vasitəsilə Aydan götürülərək yera çatdırılan torpaq nümunələrində su aşkar ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi "Science" Advances jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadla məlumat verib .

Materialda göstərildiyi kimi, alimlər nümunələrin milyonda 120 hissəsininin (ppm) su ehtiva etdiyini hesablayırlar. Həmçinin qeyd edilir ki, Ay torpağında böyük ölçüdə su günəş küləyinin təsiri ilə meydana çıxıb.

Xatırladaq ki, Çin bununla da son 44 ildə Ayın səthindən geoloji süxurların daşınması missiyasını yerinə yetirən ilk dövlət oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.