Dünya

İsveçrə ordusunda “WhatsApp” qadağan olundu

8 Yanvar 2022 17:30
0 Şərh     Baxış: 680
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsveçrə ordusu rəhbərliyi şəxsi heyətdən "WhatsApp", "Telegram" və "Signal" kimi mesajlaşma proqramlarından istifadə etməməyi xahiş edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əsgərlərə öz vəzifələrini yerinə yetirərkən şəxsi mobil telefonlarında qeyd edilən tətbiqlərdən istifadə etməmək tövsiyə olunub.

Məlumat təhlükəsizliyi səbəbiylə alınan qərarda İsveçrə istehsalı olan "Threema"ya üstünlük verilməsi məsləhət görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.