Qazaxıstanda sərnişin qatarlarının hərəkəti tam bərpa edilib, internetə çıxışı olmayan bilet satışı platforması açılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə milli daşıyıcı olan "KTZh" Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, xəttə əlavə qatarların buraxılması, eləcə də internetə çıxışı olmayan biletlərin alınması üçün platforma açılıb: "Sərnişinlər bilet.railways.kz və kaspi.kz saytlarına daxil olaraq internetə çıxışı olmayan dəmir yolu biletlərini almaq imkanı əldə edə bilərlər. Bu, stansiyalardakı kassalarda yaranmış növbələrin aradan qaldırılmasına müsbət təsir göstərib".
Milli.Az