Dünya

ABŞ dövlət katibi: “Ukrayna Rusiya ilə danışıqlarda xüsusi yer tutacaq”

7 Yanvar 2022 23:55
0 Şərh     Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna ABŞ və NATO-nun Rusiya ilə təmaslarının mərkəzi mövzularından biri olacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Entoni Blinken deyib.

Ukraynanın gündəmin mərkəzi məsələsi olduğunu diqqətə çatdıran ABŞ diplomatının sözlərinə görə, ABŞ hər bir forumda "Ukraynaya qarşı təcavüzün böyük nəticələr verəcəyini" vurğulayacaq: "İstənilən diplomatik iş deeskalasiya şəraitində aparılmalıdır".

Qeyd edək ki, gələn həftə Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair dialoqun növbəti raundu, ardınca Brüsseldə NATO-Rusiya Şurasının iclası və Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında məsləhətləşmələr keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.