Dünya

2021-ci il İspaniyada işsizliyin rekord dərəcədə azalması ilə əlamətdar olub

5 Yanvar 2022 21:54
0 Şərh     Baxış: 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ildə İspaniyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı 782.232 nəfər azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, XXI əsr ərzində ən böyük illik azalmadır. Bundan əvvəlki rekord 2016-cı ildə müəyyən olunmuşdu. O vaxt işsizlərin sayı 390.534 nəfər aşağı düşmüşdü.

Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, əmək bazarının sıçrayışlı şəkildə bərpasından əvvəl 2020-ci ildə işsizlərin sayı kəskin artmışdı, yəni COVID-19 pandemiyasının birinci dalğası 724.532 nəfərin işsizə çevrilməsinə səbəb olmuşdu. Lakin bu işsizlik artımı yenə də 2009-cu illə müqayisədə aşağıdır. O vaxt 800 min ispaniyalı işini itirmişdi.

Hazırda İspaniyada 3.105.905 nəfər işsiz qeydiyyatdadır ki, bu da 2007-ci ildən bəri ən aşağı göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.