Dünya

Deniel Kreyq cəngavər ordeninə layiq görüldü

3 Yanvar 2022 09:06
0 Şərh     Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Agent 007 Ceyms Bond haqqında filmləri ilə məşhur olan aktyor Deniel Kreyq kino və teatr sahəsindəki xidmətlərinə görə Britaniyanın Müqəddəs Maykl və Corc cəngavər ordeninə layiq görülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə məlumat verilib.

Xatırladaq ki, keçən il Bond roluna görə aktyor Kral Donanmasının fəxri komandiri adını alıb.

Qeyd edək ki, Kreyq jurnalist və yazıçı, Britaniya hərbi kəşfiyyatçısı Yan Fleminqin romanları əsasında çəkilmiş son beş filmdə Ceyms Bondu canlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.